Çağla Şikeldən "xaç taxması" ilə bağlı açıqlama

Çağla Şikeldən "xaç taxması" ilə bağlı açıqlama
4972 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli model Çağla Şikel taxdığı boyunbağıların xaça bənzədilməsindən bezib.

Axşam.az-ınTürkiyə mətbuatına istinadən məlumatına görə, model dəfələrlə açıqlamalar verməsinə baxmayaraq, hələ də bunun müzakirə predmeti olmasına əsəbləşib. O, İnstaqram hesabında sonuncu dəfə bu barədə yazıb:

“Bu sonuncu açıqlamamdır. Boyunbağılarımın xaça bənzədilməsi və dinimlə bağlı müzakirələr aparılması məni maraqlandırmasa da, söz-söhbətin bu qədər davam etməsinin əhəmiyyəti yoxdur. Elə narahat idinizsə, açıb şəkillərə diqqətlə baxardınız. “Sən xristiansan?” deyənlərə də sözüm odur ki, beyinlərini çox yormasınlar. Mən müsəlmanam. Boyunbağılarımın birində oğullarımın adları, digərində “Quzey ulduzu”nun şəkli var. Mövzu bitdi. Şübhəsi olanlar yazdıqlarımı diqqətlə oxusunlar, sonra siləcəm”.