Şüaya qarşı bitki

Şüaya qarşı bitki
4147 dəfə oxunub
  • A-
  • A
  • A+

Şüanın orqanizmə zərərli olduğunu yəqin ki, bilməyən yoxdur. İnsanların 80 faizi bütün günü müxtəlif şüalarla təmasda olur.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, orqanizmimizi şüalardan təmizləmək bir çox xəstəliklərin qarşısını alacaq. Bunu bitkilərlə də etmək mümkündür:

1. Zəncirotu yarpaqlarını yuyun. İsti suya bir az duz töküb, yarpaqları yarım saat içində saxlayın. Sonra bu yarpaqlardan salat hazırlayıb yeyin. Yarpaqları ətçəkəndən keçirib, şirəsini içmək də məsləhətdir. (Gün ərzində 0,5 stəkan yarpaq yemək, 50 qr. şirə içmək kifayətdir.)
 
2. Bədəndəki şüanı qoz vasitəsilə də çıxartmaq mümkündür. Bunun üçün 4 ədəd qozu, 3 xörək qaşığı xırda doğranmış alma və quşüzümü ilə qarışdırıb yemək lazımdır.