Çina dünya ulduzları ilə çalışacaq

Çina dünya ulduzları ilə çalışacaq
1866 dəfə oxunub
  • A-
  • A
  • A+

Dicey Çinadan yeni xəbər var.

O, Axşam.az-ın əməkdaşı ilə söhbətində dicey “M Group production”la işbirliyinə başladığından xəbər verib:

“Artıq bu şirkətin rəsmi diceyiyəm. Onlarla yeni layihələr, mahnılar, remikslər hazırlayıram. Dünya ulduzları ilə duetlər olacaq. Onlar arasında Frank Angello, Anda Adam, Jay Sean və başqaları var. Bəzilərinin adları sirdir, açıqlamağa icazə verilmir”.

Bir müddət əvvəl nişanlanan Çina toyundan da danışıb:

“İşlərimlə bağlı toyu təxirə saldım. Layihələr gerçəkləşəndən sonra olacaq”.