Google-dan 1 aprel zarafatı

Google-dan 1 aprel zarafatı
2929 dəfə oxunub
  • A-
  • A
  • A+
Google axtarış sistemi istifadəçilərinə 1 aprel zarafatı hazırlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sistem ünvanını dəyişərək com.google edib.

Belə ki, ənənəvi google.com ünvanı yerinə, com.google yazdıqda ekrana saytın tərsinə çevrilmiş forması çıxır.

Bir sözlə, Google özünün güzgüdən düşən əksini yaradıb. Axtarış sisteminin 1 aprel zarafatı bununla bitməyib. “Google Maps” xidmətindən yararlanan istifadəçilər maps.google.com-a daxil olmaqla “Pac-Man” oyunu ilə qarşılaşırlar və xəritə üzərində həmin oyunu oynaya bilirlər.