"Özümü 28 yaşında hiss edirəm"

"Özümü 28 yaşında hiss edirəm"
3442 dəfə oxunub
  • A-
  • A
  • A+
Avstraliyalı aktrisa Naomi Uatts “İndependent” qəzetinin suallarını cavablandırıb.

Axşam.az-ın məlumatına görə, 46 yaşlı ulduz özünü daha gənc hesab etdiyini deyib:

“Axmaqcasına səslənə bilər, amma özümü 28 yaşlı biri kimi hiss edirəm. Həyat yoldaşım və övladlarım özümü gənc hiss etməyimi, cavan qalmağımı təmin edirlər. Uşaqlar neçə yaşınız olursa-olsun, fəal davranmağınızı və onlarla birlikdə dəhlizlərdə sürünməyinizi, oyun oynamağınızı istəyirlər”.

Qeyd edək ki, Naomi Uatts 2005-ci ildən aktyor Liv Şrayberlə qeyri-rəsmi nikahda yaşayır. Cütlüyün iki oğlu var.