Libası oğurlanan "Oskar"lı aktrisadan fotosessiya

Libası oğurlanan "Oskar"lı aktrisadan fotosessiya
1567 dəfə oxunub
  • A-
  • A
  • A+
“Oskar”lı aktrisa Lyupita Nionqo “Harper's Bazaar UK” jurnalı üçün fotosessiya etdirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dərginin may nömrəsi üçün obyektiv qarşısına keçən 32 yaşlı aktrisa “12 il quldarlıq” filminə görə qazandığı “İkinci planda ən yaxşı qadın rolu” titulundan danışıb:

“Mənə elə gəldi ki, “Oskar”mərasimindən sonra hər şey bitəcək: mərasim qurtaracaq və hər şey əvvəlki kimi olacaq. Məni yeni layihələrin gözlədiyini bilmirdim”.

Qeyd edək ki, Lyupita hazırda “Oskar”lı həmkarı Ayzek, Harrison Ford, Kerri Fişer və başqaları ilə birlikdə “Ulduz döyüşləri” filmində çəkilir. Bu layihənin də iddialı olacağı deyilir.

Xatırladaq ki, Lyupita Nionqo “Oskar” mərasimindən sonra qaldığı oteldə xoşagəlməz hadisə ilə üzləşmişdi. Belə ki, onun tədbirə geyindiyi 150 min dollarlıq, mirvarilərlə bəzədilmiş libası otağından oğurlanmışdı.