"Bir gün qatardan düşən qadını təqib etdim"

"Bir gün qatardan düşən qadını təqib etdim"
2872 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bozun 50 çaları" filmində canlandırdığı milyoner Kristian Qrey obrazı ilə tanınan 32 yaşlı Cemi Dornan eyni zamanda seriala da çəkilir.

Axşam.az-ın xarici KİV-ə istiandən məlumatına görə, "Fall" adlı serialda ailəli bir qatil rolunu oynayan aktyor "Times" qəzetinin suallarını cavablandırıb. Onun obrazı haqqında danışması bəzi mübahisələrə səbəb olub:

"Bir gün qatardan düşən qadını təqib etdim. Kimisə təqib edərkən nələr hiss edə biləcəyimi yoxladım. əyəcanlı idi. Bunu etdiyim üçün özümlə qürur duymuram, ancaq ardından "məni niyə izləyirsən", "məqsədin nədir" suallarını eşitmək maraqlı oldu".

Müsahibənin ardından sosial şəbəkədə aktyorun "Cemi, məni də izlə", "Bütün gün qatar stansiyasında Cemiyi gözlədim" deyən fanatlarından başqa "Təqib edilmək - Cemi Dornan tərəfindən də olsa - qorxuncdur. Sənət üçün insanları bezdirməyin" reaksiyaları da verən olub.