Novruz bayramı "Euronews"da - video

Novruz bayramı "Euronews"da - video
1286 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın bir çox ölkələrində yayımlanan nüfuzlu "Euronews" televiziya kanalı ilə əməkdaşlıq çərçivəsində fransız jurnalisti Monika Pinnanın təqdimatında "Azərbaycan həyatı" mövzusunda "Life" verilişinin 30 mart buraxılışı təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, Azərbaycanda Novruzun qarşılanmasından bəhs olunan verilişdə Novruz simvollarının baharın gəlişindən xəbər verdiyi, bu bayramın dünyanın 300 milyon insanı tərəfindən qeyd edildiyi, Novruzun yeni ilin gəlişindən xəbər verdiyi və bu bayramın yeni il kimi Mərkəzi Asiya ölkələrində, habelə Azərbaycanda xüsusi təntənə ilə qeyd olunduğu diqqətə çatdırılıb.

Proqramda Novruz bayramının 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi və bu bayramın Azərbaycanın bütün guşələrində qeyd edildiyi, el şənliyinə bir ay qalmış hazırlıq görüldüyü vurğulanıb.

Verilişdə həmçinin, Azərbaycanlıların bayram süfrəsindən, yazın gəlişinin simvollarından biri kimi səmənidən, tonqal qalandığından və onun üzərindən tullanmanın da bir rəmzi mənası olduğu qeyd edilib.

Qeyd edək ki, təkcə Avropa ölkələri deyil, habelə Asiya, Afrika və Amerika ölkələri daxil olmaqla dünyanın 150 ölkəsində 300 milyondan çox auditoriyaya malik olan "Euronews" kanalı aparıcı beynəlxalq xəbər kanallarından biri hesab edilir. "Euronews" kanalı ilə əməkdaşlıq çərçivəsində ölkənin turizm və mədəniyyət potensialından bəhs edən reklam çarxları yayımlanır.