"Cavanlaşdırıcı makiyaj"

"Cavanlaşdırıcı makiyaj"
8931 dəfə oxunub
  • A-
  • A
  • A+

Əgər yaşınızdan cavan görünmək istəyirsinizsə, onda «Cavanlaşdırıcı makiyaj» kitabının müəllifi Dominik de Vorqun məsləhətlərini addım-addım izləyin. Burada əsas rolu rənglər oynayır.

Axşam.az xarici mətbuata istinadən cavanlaşdırıcı makiyaj sirlərini təqdim edir:

1. Dəriniz nə qədər təmiz olsa da makiyaja başlamazdan əvvəl onu kosmetik südlə (moloçka) silin.

2. İstifadə edəcəyiniz tonal kremin rəngi dərinizdən 2 dəfə tünd olmalıdır. Tonal kremi süngərlə yayın (əllə yayılan tonal krem yaxşı effekt verməyəcək).

3. Gözlərinizin ətrafına və burnun yan hissəsinə dəri rəngindən 1 qat tünd olan korrektor çəkin.
 
4. Bej-çəhrayı, xaki, bürünc rəngli göz kölgəsindən istifadə edin. Bu, üzə xoş ifadə verir. Göz kölgəsini göz qapağının üst, qaşın altına yaxın hissəyə çəkin. Bu, baxışları daha cazibədar edəcək.

5. Qara göz qələmindən çox az istifadə etmək lazımdır.

6. Üzə kirşan çəkin.
 
7. Sonra kirpiklərinizə tuj çəkin.
 
8. Almacıqlara çəhrayı və ya açıq-narıncı rəngli ənlik çəkin. Ənliyi fırçanı yuxarı hissəyə hərəkət etdirərək çəkmək yanaqları yuxarı qaldırır, sifəti dartır.   

9. Dodaqlarınıza vazelini yaxşıca yayıb, sonra nəm salfetlə silin. Sonda dodaqlarınıza açıq-çəhrayı rəngli boya və parıldadıcı vurun. Bu, üzə təbiilik verəcək.