"Oğlanlarıma sərbəstlik verirəm"

"Oğlanlarıma sərbəstlik verirəm"
3391 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin aparıcısı Mətanət Əliverdiyeva övladlarına qadağalar qoymur.

Axşam.az-ın məlumatına görə, o, bu haqda “ATV Maqazin” verilişinə açıqlamasında deyib:

“Sevinirəm ki, qızım yoxdur. Yazıq olardı. Elə şeylər var ki, ana ört-basdır etməli, ataya deməməlidir. Amma heç vaxt qızıma qadağa qoymazdım. İnsan seçimində sərbəst olmalıdır. Oğlanlarıma da sərbəstlik verirəm. Böyük oğlum etdiyi hərəkətlərdə azaddır. Balacanın da öz qərarları var. O nəyisə dağıdanda, sındıranda vecimə almıram. Aktyor olmaq istəsələr də qarşı çıxmaram. Mən onları yalnız istiqamətləndirə bilərəm”.