Aparıcıdan yol qaydalarını pozan məşhurlara sərt sözlər

Aparıcıdan yol qaydalarını pozan məşhurlara sərt sözlər
1355 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Saleh Bağırov “Yeri gəlmişkən” verilişində yol hərəkəti qaydalarını pozan məşhurları tənqid edib.

Axşam.az-ın məlumatına görə, o, sürətlə avtomobil idarə etməklə qürur duyanları mədəniyyətsiz adlandırıb:

“Bəzi məsələlər var ki, cəmiyyətdə qıcıq yaradır. Üzdə olan insanlar efirə çıxıb mədəniyyətdən kənar şəkildə, fəxrlə “Filan sürətlə sürmüşəm, yol polisi tərəfindən mənə yaşıl işıq olub, məni cərimələməyiblər” deyir. Cərimə ödəməməyə sənin nə ixtiyarın var? Sənə yol polisi güzəşt edirsə, bu o demək deyil ki, bundan istifadə edib insanlarda qıcıq yaratmalısan. Efirdə “Qaydaları pozub 200 sürətlə sürdüm, məni saxlamadılar” demək mədəniyyətsizlikdir”.

Qeyd edək ki, müğənni Fədayə Laçın açıqlamalarının birində sürət həddini aşmağı sevdiyini, 200-lə avtomobil idarə etdiyini demişdi.