Bu avtomobilin Türkiyədəki ilk sahibi o olacaq - fotolar

Bu avtomobilin Türkiyədəki ilk sahibi o olacaq - fotolar
3025 dəfə oxunub
  • A-
  • A
  • A+
Avtomobillərə olan marağı ilə tanınan yumor ustası Cem Yılmaz özünə yeni maşın sifariş verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor kolleksiyasına yeni “Mercedes AMG GT S” daxil edəcək. 2 milyon lirə (təxminən 784 min manat) qiyməti olan avtomobil 2 ay sonra Cemə təhvil veriləcək. Aktyor lüks maşının Türkiyədəki ilk sahibi olacaq.

Daxili dizaynına görə təyyarələrdəki rahatlıqdan geri qalmayan avtomobilin rəngi C.Yılmazın istəyi ilə sarı olacaq.