Vəfadan yeni filmlərlə bağlı tənqid

Vəfadan yeni filmlərlə bağlı tənqid
1607 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vəfa Zeynalova komediya janrında çəkilən filmləri tənqid edib.

Axşam.az-ın məlumatına görə, “ATV Maqazin” verilişinə danışan aktrisa bu cür ekran işlərinin bayağılaşdığını deyib:

“Gülmək, əylənmək bayağılıq demək deyil. Bugünkü ssenarilərdə bəsit yumorlarla tamaşaçını ələ almağa çalışırlar. Bu da mənə çox pis təsir edir. Axı, biz bu deyilik. Niyə özümüzü belə təqdim edirik? Gəlin hər şeyə bir az savadlı yanaşaq. Ləhcə ilə danışmaq olar, amma filmlərdə jarqonlara, səfeh zarafatlara yer verməyin. Bu cür filmlərə baxanda təəssüf hissi keçirirəm”.