İsti hava şəraiti davam edəcək

İsti hava şəraiti davam edəcək
1621 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz arabir güclənən mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-9, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Aprelin 18-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 17-22 dərəcə isti, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.

Yaxın üç gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Aprelin 20-nə kimi temperatur nüsbətən yüksələcək.