Müğənninin Havay adalarından istirahət fotoları

Müğənninin Havay adalarından istirahət fotoları
4844 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Beyons həyat yoldaşı, repçi Cey-Zi ilə istirahət fotolarını paylaşıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük münasibətlərinin 7 illiyini qeyd etmək üçün Havay adalarında əyləniblər. Qızları Blu Ayvi isə Nyu-Yorkda, müğənninin bacısı Solanjın yanında qalıb.

Beyonsun dostları yeni fotoların Fotoşop olmadığını vurğulayıblar.

Xatırladaq ki, keçən ilin avqustunda ifaçının İnstaqram təqibçiləri onun paylaşdığı fotoların Fotoşopla düzəldildiyini sübut etmişdilər.