Elnurun Avropa turnesi davam edir

Elnurun Avropa turnesi davam edir
863 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın “Eurovision 2015” Mahnı Müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov may ayında müsabiqənin ikinci yarımfinalında çıxışından qabaq Avropa promoturu çərçivəsində daha üç şəhərə səfər edəcək.
 
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, Elnur artıq Riqada və Budapeştdə həm yerli mətbuat nümayəndələri ilə görüşüb, həm müsabiqə həmkarları ilə tanış olub. İndi isə azərbaycanlı müğənni Amsterdama və Moskvaya yollanır. Amsterdamda illik tədbir - «Eurovision in Concert» axşamı keçiriləcək ki, bu tədbirə 20-dən çox müsabiqə iştirakçısı qatılacaq. Moskvada Elnur 10 ifaçı ilə bərabər müsabiqə öncəsi konsertdə çıxış edəcək.
 
Aprelin 20-də Elnur Belçikanın Qent şəhərini ziyarət edəcək. O, Belçikanın «MENT TV» kanalının efirində klipini təqdim edəcək və telekanalın jurnalistlərinə müsahibə verəcək. Daha sonra o, Hallestdə «TV-Limburg» kanalıda «Hour of the Wolf» müsabiqə mahnısını ifa edəcək. Belçikanın paytaxtı Brüsseldə isə Azərbaycan nümayəndəsini Belçika təmsilçisi Loik Nottebilə «Sony Music Belgium» ofisində gözləyir. Aprelin 22-də  Elnur Yunanıstana gedəcək. Burada o, Yunanıstanda və Cənubi Kiprdə populyar olan «To Proino Mou» səhər şousuna qatılacaq. Bundan əlavə, onu «Hello! Magazine» jurnalı və başqa Yunanıstan mediaları üçün fotosessiya və müsahibə gözləyir.
 
Promoturda final nöqtəni Elnur 26-27 apreldə Tbilisidə (Gürcüstan) qoyacaq. Burada o, səhnədə müsabiqə mahnısını ifa edəcək, həmçinin də «deep house» stilində konsert təqdim edəcək. Aprelin 27-də Elnur «Fortuna» radiosunun,  «Music Box» telekanalının və başqa yerli mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.
 
Elnur Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada «Hour of the Wolf» mahnısı ilə çıxış edəcək.