Murad Yıldırım: "Maşınımda Üzeyir Hacıbəyova qulaq asıram" - fotolar

Murad Yıldırım: "Maşınımda Üzeyir Hacıbəyova qulaq asıram" - fotolar
4342 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün "28 Cinema"da Türkiyə istehsalı "Kocan kadar konuş" filminin qala gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbirdə filmin yaradıcı heyəti və baş rol qəhrəmanları Murad Yıldırım və Ezgi Mola iştirak ediblər. Onlar filmin nümayişindən əvvəl media mənsubları ilə görüşərək fikirlərini ifadə ediblər.

Aktyor M.Yıldırım ikinci dəfə Bakıda olduğunu və şəhəri çox sevdiyini bildirib:

"Fevral ayında da burda olmuşdum. Ümid edirəm "Kırımlı" kimi bu film də bəyənilər. "Kocan kadar konuş" kitabının ikinci hissəsi çıxıb. Artıq ssenarisi də yazılıb. Belə davam etsə, tezliklə filmin ardı çəkiləcək".

Sevilən aktyor Azərbaycanda hansısa film və ya serialda rol almaq istədiyini vurğulayıb:

"Keçən dəfə gələndə mənə bəstəkar Üzeyir Hacıbəyovun diskini hədiyyə etdilər. Çox xoşuma gəldi, maşınımda hələ də dinləyirəm".

Aktrisa E.Mola isə Bakıda ilk dəfə olduğunu və şəhəri tam gəzə bilmədiyini qeyd edib:

"Bakını tam gəzməmişik hələ, amma çox gözəldi. Tarixi binaları sevdim. Küçələr təmizdir, sağ əliniz bizim başımıza. Sabah yenə şəhəri gəzib, axşam Türkiyəyə qayıdacağıq".

Sərvər MEHTİYEV
FOTO: Ramin ASLANOV