Nazir və xanımı sərgidə - fotolar

Nazir və xanımı sərgidə - fotolar
3149 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 17-də Milli İncəsənət Muzeyində tanınmış rəssam, heykəltəraş, arxitektor Tamara Kvesitadzenin fərdi sərgisi açılıb. Sərgi “Kukla” Art-qalereyası, Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xanımı da iştirak edib.

Ə.Qarayev qonaqları salamlayaraq qeyd edib ki, gürcü rəssamın ilk fərdi sərgisi “Kukla” Art-qalereyasının ikiilliyinə həsr olunub:

“Onun əsərlərində kinetik heykəllər xüsusi maraq doğurur. Sənətkarın Qurban Səidin məşhur romanının qəhrəmanları şərəfinə “Əli və Nino” adlandırılmış heykəli iki ölkə arasında dostluq və məhəbbət rəmzinə çevrilib”.

Tamara Kvesitadze isə Bakını çox sevdiyini bildirib:

“Mən ilk dəfə Bakını görərkən başa düşdüm ki, buraya yenə qayıdacağam. Bakı ideyalarımı təcəssüm etdirmək üçün çox gözəl yerdir. Mən məhz Bakı üçün həm akvarel, həm heykəltəraşlıq əsərləri, həm də kiçik heykəllərdən ibarət qarışıq sərgi hazırlamışam. İstəyirəm ki, bu sərgi mənim dostlarıma salamım olsun”.

Sərgidə sənətkarın yeni işləri təqdim edilib. Onlardan bəziləri məxsusi “Kukla” qalereyası üçün hazırlanıb: “Qadın və Mələk”, “Oxatan”, “Qırmızı və mavi”, “Balerina” və sair. Sərgi aprelin 30-dək nümayiş olunacaq.