50 yaşını keçmiş ən gözəl məşhur xanımlar - fotolar

50 yaşını keçmiş ən gözəl məşhur xanımlar -  fotolar
4472 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın hər yerində qadınlar cavan qalmaq və gözəl görünmək üçün müxtəlif üsula əl atırlar. Ulduzlar arasında da yaşından gənc görünən xanımlar az deyil. Rusiya mətbuatı 50 yaşını keçmiş 10 ən gözəl tanınmış xanımın adını açıqlayıb.

Axşam.az həmin məşhurları təqdim edir:

1. Aktrisa Kristin Devis 50 yaş

"Böyük şəhərdə seks" serialı ilə tanınan aktrisa 50-ni keçməsinə baxmayaraq, 30 yaşındakı kimi görünür. Bir çox reklam çarxlarında rol alıb. Devis spirtli içki aludəçisidir. Buna görə də aktrisa bir müddət müalicə alıb. Formada qalmaq üçün o, bir çox vasitələrdən istifadə etdiyini bildirib. 

 

2. Endi Makdauell 56 yaş

Endi model və aktrisa kimi məşhurdur. 18 yaşından ən məşhur model agentliyi ilə çalışmağa başlayan Makdauell tanınmış brendlərin siması olub. 56 yaşı olmasına baxmayaraq, hələ də cavan qalıb. "Gözəl görünmək üçün çoxlu yatıram, əsəbiləşmirəm, stresdən uzağam" deyə, Endi gözəllik sirrini bölüşüb.



3. Kristi Brinkli 61 yaş

Ona baxan 61 yaşı olmasına inanmır. Model biznesinin ən tələbolunan ulduzu dərgilərin üz qabığını bəzəyib. Barbi gəlinciklərinin simalarından olan üç modeldən biri də Kristidir.



4. El Makferson 50 yaş

Möhtəşəm bədən quruluşu olan avstraliyalı model "the body" ("bədən") titulunu alıb. Düz ayaqları və gözəl saçları modelin vizit kartıdır. Hətta o, "Ginnesin rekordlar kitabı"na daxil olub. Karyerasına 1990-cı ildə başlayıb. Dünyanın ən tələbkar modelidir. Məşhur jurnalların üz qabığına çəkilməkdə onun rekordunu təzələyən olmayıb. İki oğul anası El yenidən övlad sahibi olmaq istəyir. O və həyat yoldaşı 45 yaşlı milyarder Ceffri Soffer suraqat anaya müraciət edəcək.  



5. Culiann Mur 54 yaş

Hər il "Oskar" mükafatının namizədi olan Hollivud ulduzu görünüşü ilə göz qamaşdırır. O, özünü yaşlı adlandırır və cavan görünmək üçün xüsusi prosedurlara müraciət etmir. Pəhrizindən danışan Mur "Qırmızı xalçaya çıxacağımı eşidəndə arıqlamaq qərarına gəldim. Üç gün tərəvəz şirəsi içirəm. Şəkərli heç nə yemirəm. Yoqa edirəm" deyə, bildirib.



6. Xizer Loklir 53 yaş

"Melrouz Pleys" serialının sevilən qəhrəmanı hər zaman formadadır. Uzun müddət spirtli içki aludəçisi olub. Çoxlu dərman qəbul edən Loklir müalicələrdən sonra normal həyata qayıdıb. Bütün bunlara baxmayaraq, Xizer 53 yaşında da gözəl görünür.



7. Kortni Koks 50yaş

Bütün dünya onu "Dostlar" serialındakı Monika Qeller obrazı ilə tanıyır. "Dünyanın ən çox qonorar alan aktrisası" adı ilə "Ginnesin rekordlar kitabı"na düşüb. "Heç vaxt plastik əməliyyat etdirmərəm. Yaşlanmaqda gözəldir. Gözəlliyini qorumaq üçün çıxış yolu var. Bıçaq altına uzanmaq lazımsızdır" - deyə, Kortni söyləyib. 



8. Syuzan Sarandon 68 yaş

Məşhurluğu 40 yaşından sonra əldə edən aktrisa hər zaman formadadır. Tez-tez stolüstü tennis oynayır. Syuzan bu yolla artıq çəkidən xilas olur.



9. Cerri Hol 58 yaş

Dörd uşaq anası illərdir dəyişmir. Model biznesinə 1980-ci ildə başlayıb. Hazırda reklam çarxlarında rol alır. Hol formada qalmağının sirrini də bölüşüb:

"Spirtli içki istifadə etmirəm. Yalnız təbii qidalar yeyirəm. Heç vaxt plastik əməliyyat etdirməmişəm. Botoks nədir bilmirəm".



10. Ceyn Seymur 68 yaş

Britaniyalı aktrisa "Ceyms Bond" agentliyinin üzvlərindəndir. 60-dan çox filmdə rol alıb. Formada qalmaq üçün yalnız sağlam qidalanmaya üstünlük verir. Ceyn gündə 15 stəkan su içir, idmanla məşğul olur.