Ramiz Mirişli ilə vida mərasimi olub - fotolar

Ramiz Mirişli ilə vida mərasimi olub -  fotolar
3516 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Musiqi Akademiyasında xalq artisti Ramiz Mirişli ilə vida mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimayyət nümayəndələri iştirak edib.

Mərhum Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, R. Mirişli 10 gün öncə xəstəxanaya yerləşdirilib, aprelin 17-də xəstəxanada 81 yaşında dünyasını dəyişib.

O, 16 aprel 1934-cü ildə Naxçıvan MR-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi,  1990-cı ildən isə xalq artisti fəxri adını daşıyır.

Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır.

O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir. Uzun müddət ictimai və pedaqoji fəaliyyətlə məşğul olan bəstəkar Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Fotolar APA-ya məxsusdur.