"Ona heç vaxt xəyanət etməmişəm"

"Ona heç vaxt xəyanət etməmişəm"
6053 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov xəyanətdən danışıb.

Axşam.az-ın məlumatına görə, "İncə maraqlar" verilişinə qonaq olan sənətçi xanımını heç vaxt aldatmadığını deyib:

"Dörd il bundan əvvəl ailə quranda xanımıma söz verdim: "Nə qədər birlikdəyik, səni başqa qadına dəyişməyəcəm". Bu müddətdə bir dəfə də sözümdən dönmədim. Ona heç vaxt xəyanət etməmişəm. Əgər mən o xanımı sevib almışamsa, niyə aldadım ki? Amma həyat yoldaşım mənə inanmır. Deyir ki, ola bilməz sən bir dəfə də olsun, başqa qadınla görüşməyəsən. Xanımlarda da belə xüsusiyyət var, inanmırlar".

Qeyd edək ki, K.Abbasov Təranə adlı xanımla ailə qurub. Cütlüyün Seyid adlı oğlu var.