Prezident başqası ilə gördüyü xanımından boşanır

Prezident başqası ilə gördüyü xanımından boşanır
3658 dəfə oxunub
  • A-
  • A
  • A+
Estoniya prezidenti Tomas Hendrik İlves və həyat yoldaşı Evelin İlves ayrılmaq qərarına gəliblər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, prezident iqamətgahından yayılan açıqlamada cütlüyün boşanmasının tamamilə şəxsi məsələlər üzündən olduğu qeyd edilib.

Keçmiş birinci xanım dövlətdən aldığı 2100 avro prezident xanımı maaşından, avtomobil, sürücü, şəxsi katib və mühafizə xidmətlərindən məhrum edilib.

Evelin yalnız Tallindəki 2 otaqlı evə sahib olacaq.

Xatırladaq ki, 2004-cü ildə ailə quran cütlüyün Kadri Keiu adlı bir qızı var. Bu, Tomas Hendrikin ikinci boşanma hadisəsidir. Daha əvvəl o, amerikalı psixoloq Merri Ballokla ailəli olub. Prezidentin professorla nikahından Lukas Kristian adlı oğlu, Culiya Kristina adlı qızı var.

Qeyd edək ki, Estoniya mediası Tomas Hendriklə Evelinin boşanmasına səbəb kimi birinci xanımın ötən il kafelərin birində gənc oğlanla dodaq-dodağa görüntülərinin yayılmasını göstərir. Sözügedən hadisə ölkədə böyük qalmaqala səbəb olmuşdu.