Xalq artistinin oğlunu məsciddə qarət etdilər - video

Xalq artistinin oğlunu məsciddə qarət etdilər - video
4782 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Cəfər Namiq Kamalın oğlu Bakıda məscidlərin birində qarət olunub.

Axşam.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Cəfər Namiq Kamal ATV kanalında yayımlanan “Öz aramızda” verilişində danışıb.

Aktyorun sözlərinə görə, oğlu zərgərliklə məşğul olur, həmçinin ibadət əhlidir. O Qasımbəy məscidində namaz qılmağa gəlib, səcdəyə getdiyi vaxt isə onun gödəkcəsini oğurlayıblar. Oğurluq zamanı gödəkçənin cibində 20 minlik zinət əşyaları olub.

Hadisə anbaan məsciddə quraşdırılan kameralara düşüb.

Faktla bağlı polis artıq araşdırmaya başlayıb.

Həmin görüntüləri təqdim edirik: