Məşhurların bahalı avtomobilləri - fotolar

Məşhurların bahalı avtomobilləri -  fotolar
4516 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhurlar hər zaman bahalı avtomobillərə üstünlük verir.

Axşam.az "Hürriyət"ə istinadən tanınmışların bahalı maşınlarını təqdim edir:

Türkiyəli şoumen Cem Yılmazın avtomobil sevgisi bitmir. Antik maşınlar kolleksiyası olan Cem indi də "Mercedes AMG GT S" sifariş edib. Bunun üçün 2 milyon lirə (təxminən 783 min manat) ödəyən Yılmazın avtomobili 2 aydan sonra gələcək. Şoumen bu model maşının Türkiyədəki ilk sahibi olacaq.



Müğənni Sibel Can özünə 660 min lirəyə (təxminən 258 min manat) cip alıb.



Aktyor Şahan Gökbahar qiyməti 750 min lirə (təxminən 293 min manat) olan "Range Rover Vogue"yə sahibdir.



Müğənni Berkayın 500 min lirəlik (təxminən 195 min manat) "Porsche"si var.



Müğənni Tarkan özünə 2015-ci il modeli olan "Range Rover Sport SVR" alıb. Nömrəsi 7776 olan maşına ifaçı 1 milyon lirə (təxminən 391 min manat) ödəyib. Meqastarın qarajında bir çox avtomobil var. Onların nömrələri 3334, 2225, 2220-dır.



Şoumen Beyazit Öztürk də yeni maşın alıb. O, yeni avtomobilinə 280 min avro ödəyib.