Elnarə sənətçiləri bir araya topladı - fotolar

Elnarə sənətçiləri bir araya topladı -  fotolar
5612 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova xeyriyyə aksiyası keçirib.

Axşam.az-ın məlumatına görə, ifaçı böyrək çatışmazlığından əziyyət çəkən Nicat Paşayevə yardım etmək üçün sənətçi dostlarını başına toplayıb, ticarət mərkəzlərindən birində konsert verib.

Aparıcılığını Şəhriyyar Əbilovun etdiyi tədbirdə E.Xəlilova bildirib ki, Nicatın əməliyyatı üçün 50 min manat vəsait lazımdır:

"Bunu tək edə bilməzdim. dəstək olan hər kəsə təşəkkür edirəm. Nicatın əməliyyatı təcili olmalıdır. İki böyrəyi də işləmir. Konsertimiz iki gün davam edəcək. İşim bununla bitmir. Mobil operatorlardan biri ilə danışıb, SMS nömrəsi alacam. İnsanlar telefon vasitəsiylə də Nicata yardım edə biləcəklər".

Qeyd edək ki, konsertdə müğənni Samira Allahverdi, Ayan Babakişiyeva, Xatirə İslam, Xuraman Şuşalı, rəqqasə Fatimə Fətəliyeva, meyxanaçı Namiq Qaraçuxurlu, "Dostlar" qrupu və başqaları mahnılarını səsləndirib.

Foto: Ramin ASLANOV