Özbək qız Rusiyada ən yaxşı səs seçildi - video

Özbək qız Rusiyada ən yaxşı səs seçildi - video
2299 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın uşaqlar arasında baş tutan "Qolos" səs yarışması sona çatıb.

Axşam.az-ın məlumatına görə, yarışmanın qalibi Maksim Fadaevin komandasında yarışan 14 yaşlı Səbinə Mustayeva olub. Qeyd edək ki, Rusiyanın ən yaxşı uşaq səsi seçilən Səbinə özbəkdir və yarışmaya Daşkənddən qatılıb.

Finalda "Aerosmith" qrupunun repertuarından "Crazy" mahnısını ifa edən qız tamaşaçılardan 46 faiz səs yığıb. Yevdokiya Malevskya və Səidə Muxametzyanova isə növbəti yerləri tutub.