Son 135 ilin ən isti martı

Son 135 ilin ən isti martı
2416 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi məlumat verib ki, 2015-ci ilin martı bütün meteomüşahidələr tarixində ən isti mart ayı olub.
 
Axşam.az-ın AzərTAc-a istinadən xəbərinə görə, ötən ay Yer kürəsində orta temperatur 1880-ci ildən etibarən, yəni 135 ilin mart ayları ərzində ən yüksək həddə çatıb. Ötən ay planetimizdə orta temperatur XX əsrin mart aylarında müşahidə edilən orta temperaturdan selsi ilə 0,85 dərəcə yüksək olub.
 
Bundan əlavə, 2010-cu ildə qeydə alınmış əvvəlki temperatur rekordu selsi ilə 0,05 dərəcə yenilənib.
 
Müşahidələr göstərib ki, bu ilin təkcə mart ayı deyil, yanvar və fevral ayları da isti keçib. Üç ayın orta temperaturu ötən əsrin orta göstəricilərindən yüksək olub.