Rusiyanın ən gözəl qızı seçildi - fotolar

Rusiyanın ən gözəl qızı seçildi -  fotolar
3555 dəfə oxunub
  • A-
  • A
  • A+

Ekaterinburqdan olan Sofiya Nikitçuk milli yarışma olan “Miss Rusiya-2015”in qalibi olub.

Axşam.az xəbər verir ki, “qafqazinfo”nun itar-tass-a istinadən məlumatına görə, gözəllik müsabiqəsi Moskvanın konsert zallarından biri olan “Barvikha Luxury Village”da keçirilib.

Finalda ölkənin 50 ən gözəl qızı iştirak edib.

Qalib müəyyənləşdirilənə qədər bir neçə mərhələdən keçib. Finalda 20 nəfər qalandan sonra gözəllər çimərlik geyimində səhnəyə çıxıblar. Daha sonra münsiflər heyətinin seçdiyi 10 nəfər gecə geyimlərini nümayiş etdiriblər.

“Miss Rusiya-2015”də ikinci yeri Vladislava Yevtuşenko, üçüncü yeri isə Anastasiya Naydenova tutub.