Uitni Hyustonun qızı komadan ayılıb

Uitni Hyustonun qızı komadan ayılıb
1786 dəfə oxunub
  • A-
  • A
  • A+
Mərhum  amerikalı müğənni  Uitni Hyustonun yegane qızı olan Bobi Kristina Braun komadan ayılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Kristinanın atası bildirib:

"Bobbi oyandı. O, məni eşidir".

Amma qızın qohumları bu informasiyanı təsdiqləməyiblər.

Braunun ailəsinə yaxın olan şəxslərdən biri isə "Mən bildiyim qədər, heç bir dəyişiklik olmayıb. Biz əvvəlki kimi dua edirik. Ümid edirik ki, Allah möcüzəni yaradacaq" - deyə, bildirib.

Onun nənəsi Sissi Hyuston jurnalistlərə etiraf edib ki, nəvəsinin sağalma şansı azdır.

Qeyd edək ki, Kristina Braun yanvarın 31-də Atlanta yaxınlığındakı evinin hamamında huşsuz vəziyyətdə tapılmışdı. Onun həyatını xilas etmək məqsədi ilə həkimlər Kristina Braunu süni koma vəziyyətinə salmışdı. Martın sonunda isə o, reabilitasiya mərkəzinə köçürülüb.