Azərbaycanlı nazir xanımı ilə alış-verişdə- fotolar

Azərbaycanlı nazir xanımı ilə alış-verişdə- fotolar
9292 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov rəsmi görüşlərdən sonra xanımı ilə Bursa şəhərini ziyarət edib.

Axşam.az-ın məlumatına görə AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli həmkarı Faruk Çelik tərəfindən Bursaya dəvət olunan Səlim Müslümov səfərdən məmnun qaldığını deyib.

“Ankaradan Bursaya gəldik. Maşallah yol çox gözəldir”,-deyə S.Müslümov əlavə edib.



Nazir Bursada Orxan məscidi, Kozahan və Ulucamini ziyarət edib, daha sonra kanatla Uludağa gedib.



Nazir 3 il Mərmərə Universitetində müəllim işlədiyini qeyd edib: “Türkiyədə olduğum 4 il müddətində heç vaxt Bursaya gəlməmişdim. İndiyə qədər bunu özüm üçün müyyən çatışmazlıq kimi hiss edirdim”.



Xüsusilə, Ulucamiyə heyran qaldığını deyən S.Müslümov və həyat yoldaşı daha sonra Kozahanda alış-veriş edib.