Yeni mövsümdə seriala çəkilməyəcək aktyorlar

Yeni mövsümdə seriala çəkilməyəcək aktyorlar
3767 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni mövsümdə seriallarda iştirak etmək istəməyən aktrisa Bərgüzar Korel və aktyor Kənan İmirzalıoğlu kimi adların arasına aktrisa Fəxriyyə Evcən və başqaları da daxil olub.
 
Axşam.az xəbər verir ki, Türkiyə mətbuatı yeni mövsümdən seriallara çəkilməyəcək aktyorların adlarını açıqlayıb. 

Fəxriyyə Evcən

Yeni sevgilisi aktyor Burak Özçivitlə birlikdə rol aldığı “Aşk Sana Benzer”in ardından yenidən filmə çəkilmək istəyən gənc aktrisa film sektoruna yönələcəyini söyləyib:

“Bu il seriallarda iştirak etməyəcəm, filmə çəkilmək istəyirəm. Yeni təklif var, amma hər şey yalnız layihə mərhələsindədir. Buna görə kiminlə oynayacağımı və çəkilişlərin nə vaxt başlayacağını hələ bilmirəm".

Kənan İmirzalıoğlu
 
Aktyor Kənan İmirzalıoğlu, serialların uzun olduğundan şikayətlənərək, ekranlardan uzaqlaşacağını açıqlayıb. “Karadayı”nın son layihəsi olduğunu deyən aktyor "Seriallara ara verəcəyəm. Çəkilmək istədiyim film layihələri var. Onları reallaşdırmaq, kino dünyasından uzaq qalmamaq istəyirəm" - deyə, bildirib.


 
Engin Günaydın
 
Ən son “Qalib Dərviş” serialına çəkilmiş aktyor Engin Günaydın ekranlardan əlini ayağını çəkən ad olub. E.Günaydın son olaraq “İçimdəki səs” filmiylə gündəmə gəlib.


 
Bergüzar Korel
 
“Karadayı” serialında rol alan aktrisa Bərgüzar Korel, teatrda çalışacağını açıqlayıb.

Bərrak Tüzünataç

Ən son “Möhtəşəm yüz il” serialında rol alan aktrisa Bərrak Tüzünataç da filmə yönələn adlardan biri olub. 2013-ci ildə "Çanaqqala Yolun Sonu”nda yer alan aktrisa bu yaxınlarda yeni bir ekran işinə çəkiləcəyini bildirib.