Rəmişin toyu oldu - fotolar

Rəmişin toyu oldu - fotolar
4496 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Rafiq Hüseynovla (Rəmiş) həyat yoldaşı Gülünün 37 il sonra ikinci dəfə toyları olub.

Axşam.az-ın məlumatına görə, bu, ATV-də yayımlanan “Mənə bir az ondan danış” verilişində baş tutub.
Proqramda Gülüyə ağ gəlinlik geyindirilib. Gəlinin toy bacısı xanəndə Elnarə Abdullayeva, bəyin sağdışı isə Aşıq Əli olub.

Gitara ifaçısının xanımı ağ gəlinliyi ilk dəfədir geyindiyini bildirib:

“Bizim çox maraqlı həyatımız olub. Həm acı, həm də xoş günlər yaşamışam. Rəmişlə ailə qurduğum günü xatırladım. 1978-ci il idi. Onda gəlinlik yox, qara paltar geyinmişdim”.

Rəmiş vəsiyyətnaməsini hazırladığını deyib:

“Bizim Gülü ilə rəsmi nikahımız var. Amma təmtəraqlı toyumuz olmayıb. Nəyim varsa, hər şeyi ona vəsiyyət etmişəm. Belə etdim ki, öləndə qohumlarım malıma göz tikməsinlər. Evimi dövlət verib. Dünyadan köçəndə də özlərinə qaytaracam”.