Sabaha olan hava proqnozu

 Sabaha olan hava proqnozu
4425 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan axşam.az-a verilən məlumata görə, gündüz cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 7-9, gündüz 14-18 dərəcə isti olacaq.
 
Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam və gecə bəzi şimal-qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 isti olacaq. Sabah külək nisbətən mülayimləşəcək.