Gəzinti katerlərində pulsuz internet olacaq - Bulvarda

Gəzinti katerlərində pulsuz internet olacaq - Bulvarda
1154 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının bulvarının gəzinti katerləri simsiz internetlə təmin olunacaq.

Axşam.az xəbər verir ki, bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyindən bildiriblər.

Qeyd olunub ki, layihə hazırlanma mərhələsindədir və Avropa Oyunlarına qədər işlər başa çatacaq.

Katerlərin böyük əhatə dairəsinə malik gücləndirilmiş antenlərlə təmin olunması nəzərdə tutulub ki, bununla da sərnişinlərin hərəkət marşrutu zamanı internetə maneəsiz girmək imkanı olacaq.

Bütün bulvar ərazisinin pulsuz internetlə təmin olunmasına gəldikdə isə İdarədən bildiriblər ki, ərazidə olan obyektlər özləri Wi-Fi qurğuları quraşdırırlar: “Bütün bulvar ərazisinin internetlə tam təmin olunması üçün xüsusi antenlərin quraşdırılması tələb olunur ki, bu məsələ hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də İqtisadiyyat və Sənayə Nazirliyinin nəzarətindədir".