Bakıda müasir musiqi festivalının açılışı olub

Bakıda müasir musiqi festivalının açılışı olub
626 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI müasir musiqi festivalının açılış mərasimi keçirilib.

Axşam.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, mərasim dahi bəstəkar Qara Qarayevin “İldırımlı yollarla” baletindən “İntroduksiya”nın səslənməsi ilə başlayıb.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, bu gün ənənəvi olaraq iki ildən bir keçirilən böyük Qara Qarayevin adını daşıyan beynəlxalq musiqi festivalının iştirakçısıyıq.

Qeyd edib ki, Qara Qarayevin Azərbaycan mədəniyyətinə XX əsrin ortalardan başlayaraq musiqi dili ilə gətirdiyi yeniliklər onu dünya səviyyəsinə qaldıraraq bəşəriyyətin ən öndə gedən inciləri sırasına çıxartdı. Gənc yaşlarından istedadının gücünə güvənərək dünya səviyyəli bəstəkarlarla tərəfdaşlıq edən, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi dahilərdən dərs almış Qara Qarayev böyük bir musiqi məktəbi ənənəsinin əsasını qoyub.

Ə.Vəliyev bildirib ki, Azərbaycan musiqisi son onilliklərdə xüsusi yüksəliş dövrünü yaşayır. Bir müddət öncə Beynəlxalq Muğam Festivalının gerçəkləşdiyini vurğulayan Ə.Vəliyev diqqətə çatdırıb ki, bu il ərzində beynəlxalq səviyyəli Mstislav Rostropoviç, “İpək Yolu”, Qəbələ, Üzeyir Hacıbəyli və caz festivalları keçiriləcək.

Nazir müavini deyib ki, Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində tamaşaçılar beş gün ərzində dünyanın, o cümlədən Azərbaycanın böyük bəstəkarlarının əsərlərini dinləyəcəklər.

Sonra musiqilər ifa edilib.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndirilib