Sinan Akçıl və Hadisə barışırlar - iddia

Sinan Akçıl və Hadisə barışırlar - iddia
3175 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sinan Akçıl aparıcı Ebru Şallıdan ayrıldıqdan sonra sosial şəbəkədəki paylaşımı ilə hər kəsi təəccübləndirib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Akçıl Ebrudan əvvəl iki il sevgili olduğu müğənni Hadisənin oxuduğu "Biraz sabret" mahnısını paylaşıb.

"Görsəm də, görməsəm də, uçub gəlməsən də..." sözləri ilə Hadisəyə mesaj verdiyi təxmin edilən Sinan həm də bu mahnının müəllifidir.

Paylaşımın ardından fanatlar Hadisənin buna necə reaksiya verəcəyini, onların barışıb-barışmayacaqlarını müzakirə etməyə başlayıblar.