“Gül bayramı”na görə bu yol bağlandı

“Gül bayramı”na görə bu yol bağlandı
1296 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda əsas yollardan birində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Axşam.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, “Gül bayramı”na hazırlıq işləri ilə əlaqədar Bülbül prospektinin Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Heydər Əliyev sarayının qarşısı) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə edilir.