Uça-uça evləndilər - fotolar

Uça-uça evləndilər - fotolar
1699 dəfə oxunub
  • A-
  • A
  • A+
27 yaşlı Şen Lu Jukla 29 yaşlı Xu Xan Fenq özlərinə qeyri-adi toy ediblər.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, nikah üçün Türkiyəyə yollanan cütlük paraşütlə Ölü dənizin üzərinə yüksəliblər. Uçuşu Babadağdan gerçəkləşdirən Şenlə Xu 20 dəqiqə havada qalıblar.

Bir-birlərinə “Səni sevirəm” deyə qışqıran aşiqlər göyün üzündə xoşbəxt anlar yaşayıblar. Yerə enərkən alqışlarla qarşılanan çinli gənclər bal ayı üçün də Ölü dənizə gedəcəklərini açıqlayıblar.

İlk dəfə adrenalin yaşadıqlarını bildirən cütlük Türkiyəni çox bəyəniblər.