Fəxriyyə Xələfovadan yazın dəbli rəngləri

Fəxriyyə Xələfovadan yazın dəbli rəngləri
8088 dəfə oxunub
  • A-
  • A
  • A+
Modelyer Fəxriyyə Xələfova “Yeri gəlmişkən” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, o, yaz dəbindən bəhs edib.

F.Xələfova bu mövsümdə aktual olan rəngləri açıqlayıb:

“Al-əlvan rənglər bahar kolleksiyasında həmişə öz əksini tapır. İlin əsas trendləri isə bənövşəyi, zümrüd və limon rəngləridir. Bu rənglərin qarışığı da aktualdır. Geyimdə bir neçə rəng müşahidə oluna bilər. Zolaqlı paltarlar xanımları incə göstərir. Şərq motivləri dəbdədir. Bir də üzərində həndəsi fiqurların olduğu parçadan hazırlanan paltarlar yazda aktualdır".