Araz Ağalarov "İlin adamı" seçildi

Araz Ağalarov "İlin adamı" seçildi
2048 dəfə oxunub
  • A-
  • A
  • A+
“Crocus Group”un prezidenti, Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov “Cre Awards 2015” tərəfindən “İlin adamı” mükafatına layiq görülüb.

Axşam.az-ın məlumatına görə, bu barədə iş adamının müğənni oğlu Emin sosial şəbəkədə yazıb. A.Ağalarov biznes sahəsindəki uğurlu fəaliyyətinə görə Moskvada “Forum Holl” mərkəzində baş tutan mərasimdə mükafatlandırılıb.

Qeyd edək ki, kommersiya fəaliyyətinə görə iş adamlarına təqdim edilən “Cre Awards” 12-ci dəfədir ki, keçirilir. Mükafatın laureatları öz sahələri üzrə ən müasir tələblərə cavab verən obyekt sahibləri arasından seçilirlər.