Doğuş: "Xanımım nə deyirsə, o, olmalıdır"

Doğuş: "Xanımım nə deyirsə, o, olmalıdır"
3597 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni, aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş “Günə baxan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı Qarabağ üçün vuruşmağa hazır olduğunu deyib:

“Bizim bir Qarabağ dərdimiz var. Unutmadıq, unutdurmayacağıq da. Qarabağ geri qayıtsın, orada ilk özüm konsert verəcəm. Müharibə olsa, döyüşə getməyə də hazıram”.

Doğuş həyat yoldaşı ilə münasibətlərindən də söz açıb:

“Xanımım nə deyirsə, o olmalıdır. Kişilər sərt görünür. Amma bununla özümüzü aldadırıq. Xanım istədiyini etmək üçün çalışır və bacarır. Bizim də əsəbi vaxtlarımız olur. Amma heç vaxt səsimizi yüksəltmirik. Həyat yoldaşımla bir-birimizi baxışlarımızla başa düşürük. Ailə çətindir. Zor şərtlər altında qurulur, amma asan yıxılır. İlk bir il çox təhlükəlidir. Ona görə diqqətli olmalıyıq”.