"Əli və Nino"nun dayandırılması xəbərinə rəsmi açıqlama

"Əli və Nino"nun dayandırılması xəbərinə rəsmi açıqlama
3864 dəfə oxunub
  • A-
  • A
  • A+

“Əli və Nino” filminin çəkiliş heyəti filmin maddi problemlər üzündən dayandırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, çəkiliş heyətinin verdiyi məlumata görə, hazırda filmin çəkilişləri Türkiyə ərazisində davam edir. Azərbaycanda baş tutan çəkilişlər isə Bakı və Bakıətrafı rayonlarda –Qobustan, Bibiheybət, İçərişəhərdə həyata keçirilib.

Çəkilişlər həmçinin Azərbaycanın bölgələrində - Xınalıqda və Gədəbəydə aparılıb. Hazırda Azərbaycan çəkilişləri yekunlaşan film Türkiyədə davam etdirilir. Filmin çəkilişi ayın sonuna yekunlaşacaq və daha sonra istehsal prosesi davam edəcək.

Çəkiliş heyəti filmin maddi problemlər səbəbindən dayandırılması ilə bağlı yayılan xəbərlərin şayiə olduğunu və həqiqəti əks etdirmədiyini vurğulayıb.