Almaz qızları ilə bağlı qərar verib

Almaz qızları ilə bağlı qərar verib
5453 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Almaz Ələsgərli bundan sonra qızları ilə bağlı heç bir açıqlama verməyəcək.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV Maqazin” verilişinə açıqlamasında Əminə və Mədinəyə söz atanın cəzasını verəcəyini bildirib:

“Övladlarımla bağlı nəsə deyənin gözünü çıxardaram. Onlarla bağlı mövzuları bağlamışam. Bundan sonra heç yerdə qızlarımdan danışmayacam. Ailəmlə bağlı suallar verilməsin. Nə vaxt istəsəm, özüm danışaram. Qızlarım kameradan uzaqdırlar. Bu yaxınlarda bir veriliş qızımı çəkmək istədi. Razılaşmadı. Dedi ki, ana, nə istəyirsən edim, amma efirə çıxmayım. Mən də heç nə demədim”.