Elnur Moskvada konsertə qatılacaq

Elnur Moskvada konsertə qatılacaq
888 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 24-də Moskvadakı “Korston Club Hotel” mehmanxanasında “Eurovision 2015” mahnı müsabiqəsi iştirakçılarının konserti olacaq.

Axşam.az-ın məlumatına görə, səhnəyə digər iştirakçılarla yanaşı, Azərbaycan təmsilçisi Elnur Hüseynov da çıxacaq.

Hər il keçirilən pre-partidə həmçinin ötən illərin iştirakçıları, o cümlədən Ell & Nikki dueti də çıxış edəcək.

Qeyd edək ki, “Eurovision-2015” yubiley müsabiqəsi Avstriyanın paytaxtı Vyanada mayın 19-dan 23-dək keçiriləcək. Azərbaycanı müsabiqədə Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.

Mənbə: AzərTac