"İstərdim ki, 5 oğlum olsun" - Elgiz

"İstərdim ki, 5 oğlum olsun" - Elgiz
5939 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aparıcı Elgiz Əkbər aile.lent.az-a müsahibə verib.

Axşam.az-ın məlumatına görə, o, mayın 9-da olacağı toyu haqda danışıb.
 
- Elgiz bəy, vəziyyətiniz necədir?
 
- Özümü yaxşı hiss etmirdim. Anidən başım gicəllənməyə başladı. Sağ olsun dostlar, təcili yardım çağırdılar. İndi şükür Allaha yaxşıyam.
 
- Bildiyimizə görə, evlənirsiniz, doğrudur?
 
- Bəli, inşallah bu yaxınlarda toyum olacaq.
 
- Evlənəcəyiniz şəxs də tanınmış insandır?
 
- O haqda hələ ki, danışmaq istəmirəm.
 
- Hər bir insanın arzusudur ki, övlad sahibi olsun. Bəs sizin belə bir arzunuz varmı?
 
- Əlbəttə, ən böyük arzularımdan biri övlad sahibi olmağımdır. İstərdim ki, 5 oğlum olsun. Çünki uşaqları çox sevirəm. Allah hər bir insana qismət etsin.