Nəsildən gələn ağrı

Nəsildən gələn ağrı
1885 dəfə oxunub
  • A-
  • A
  • A+

Yer üzündə elə bir insan yoxdur ki, başağrısından əziyyət çəkməsin. Bu ağrıya müxtəlif vasitələr səbəb olur.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, başağrısının bir neçə növü var. Onun ilkin əlaməti miqrendir.

Miqren sonradan yaranmır, insan bu xəstəliklə doğulur. Bu zaman ağrılar daha güclü olur, insan ürəkbulanmadan əziyyət çəkir, səsə qarşı həssaslıq artır.

Miqren zamanı tərkibində aminturşusu olan ərzaqlar yemək ağrıları azaldır: pendir, şokolad, çərəz.

Əgər miqren ağrılarından birdəfəlik xilas olmaq istəyirsinizsə, onda bir yumurtanı yaxşıca çalıb, üzərinə qaynar süd töküb için. Bunu bir neçə gün davam etdirin.
 
Ağ zanbaq: 2 xörək qaşığı ağ zanbağın soğanağından və eyni miqdarda çiçəyindən götürüb, 1 stəkan duru yağın içərisinə töküb, gün düşən yerə qoyub, 20 gün saxlayın (hər gün qarışdır). Başının ağrıyan hissəsini bu yağla masaj edin.

Təzyiq
Yəqin ki, sizə bu hiss tanışdır: elə bil başımın üstünə ağır dəmir parçası qoyulub, elə bir ağırlıq və yorğunluq hiss edirəm ki... Bəzən buna təzyiq diaqnozu qoyulur. Təzyiq zamanı ürəkbulanma da müşayiət olunur. Bu, əsasən depressiyanın, stresin, yorğunluğun əlamətidir. Bu zaman çoxlu vitamin qəbul etmək və gün ərzində ən azı 8 saat yatmaq vacibdir.

Sakitləşdirici: pişikotu kökündən, nanədən, göycəçiçək, yağıotu, boğazotundan eyni miqdarda götürüb, çay kimi dəmləyib içmək təzyiqi aradan qaldıra bilər.