"Həm çalışmaq, həm də ailə idarə etmək çətindir"

"Həm çalışmaq, həm də ailə idarə etmək çətindir"
5045 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İradə İbrahimovanın bacısı, vizajist Nigar İbrahimova "İncə maraqlar" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, vizajist ailə büdcəsindən bəhs edib:

"Evdə hər şeyi qadın idarə edir. "Mən evdə ayağımı qatlayıb oturum, ərim getsin qazansın" - düşüncəsi məndən uzaqdır. Bütün yükü kişinin üstünə atmaq olmaz. Mən əvvəldən çalışmağa öyrəşmişəm. Kişinin puluna israfçılıq etmək olmaz. Bu uşağının, ailənin büdcəsidir. Həm çalışmaq, həm də ailə idarə etmək çətindir. Hər şeyin yükü qadındadır. Kişiyə bazarlıq tapşırmaq olmur. Yoldaşımı bazara göndərəndə, pis kartof alır. Bu da büdcəmizə ziyan vurur. Ona görə də bu işləri özüm edirəm".

Qeyd edək ki, N.İbrahimova Ruslan Sanıyev adlı şəxslə ailə qurub. Cütlüyün bir qızı var.