Qarabağdan yeni - fotolar

Qarabağdan yeni - fotolar
3262 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir sıra Rusiya KİV-ləri bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindən fotossesiya dərc ediblər. 

Axşam.az anspress-ə istinadən xəbər verir ki, əsasən Ağdam və Şuşanın görüntüləri yer alan bəzi şəkillər “Kabus şəhərlər” başlığı altında dərc olunub.

Yüz il qabaq Osmanlı imperiyasında baş vermiş faciəyə görə Ermənistanın Türkiyəyə qarşı iddialara toxunan rus jurnalistlər ermənilərin işğal etdikləri əraziləri xaraba qoyduğunu vurğulayırlar:

“Azərbaycanın bir zaman müxtəlif millətlərin yaşadığı çiçəklənmiş bu ərazisi indi təravətini itirib. Dağılmış yollar, xaraba qalmış şəhərlər və kəndlər, infrastrukturun olmaması göstərir ki, status-kvo qaldıqca, erməni seperatçıları tərəfindən blokadaya salınmış Dağlıq Qarabağın gələcəyi yoxdur”.