İlhamə Flora haqda: "O, sənətkardır"

İlhamə Flora haqda:  "O, sənətkardır"
6311 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti İlhamə Quliyeva "A-dan Z-yə" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, efirdə müğənninin küsülü olduğu həmkarı Flora Kərimovanın onunla bağlı fikirləri yayımlanıb.

F.Kərimova qızı Zümrüdün İ.Quliyevanı çox istədiyini etiraf edib:

"Özümü bir müğənni kimi qəbul etmirdim. Heç qızım da mənim müğənniliyimi bəyənmirdi. Bir dəfə konsertdə idim. Zümrüd birinci sırada oturmuşdu. Onda 4 yaşı var idi. Məni səhnədə görüb, rus dilində bu sözləri dedi: "Ana, sən get, qoy İlhamə xala gəlsin". Neçə dəfə təkrarladı".

İ.Quliyevanın F.Kərimova ilə bağlı sözləri hər kəsi təəccübləndirib:

"Danışan xanım sənətkardır. Ola bilər ki, münasibətimiz mən ölənə kimi də olmasın. Amma sənətkara başqa söz demək günahdı. Onun qızının məni çox istədiyini bilirəm. Allah onu xoşbəxt etsin. O da anasının övladıdır. Xanımın özünə can sağlığı arzu edirəm. O, yaşasın. Sənəti, səs diapazonu böyükdür. Heç bir xanım müğənninin onun qədər səs diapazonu yoxdur. Bunu açıq deyirəm. Mənim ürəyim böyükdür. Bizimki tutmadı da... Allah hamımızın canını sağ eləsin. Sənət nümayəndələrini Allah heç kimə möhtac etməsin".

Qeyd edək ki, xalq artistləri İlhamə Quliyeva və Flora Kərimova illərdir küsülüdür.