Middltonun şərəfinə ana südündən dondurma hazırladılar

Middltonun şərəfinə ana südündən dondurma hazırladılar
3104 dəfə oxunub
  • A-
  • A
  • A+
2011-ci ildə İngiltərədə satışa çıxarılan və böyük səs-küyə səbəb olan insan südündən hazırlanan dondurma şahzadə Keyt Middltonun ikinci övladını dünyaya gətirmə ərəfəsində onun şərəfinə yenidən gündəmə gəlib.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, dondurmanı hazırlayan şirkətin nümayəndəsi Viktoriya Hiley açıqlamasında bunu etmələrinin səbəbindən danışıb:

"Bununla ölkənin dörd bir yanındakı valideynlərə körpəyə süd verməyin faydalarını, ana südünün hər yaşda ləzzətli olduğunu çatdırmaq istədik".

Dondurma üçün gətirilən ana südü xəstəxanada yoxlanılır, Madaqaskar vanilini ilə qarışdırılır. Onun satışından əldə edilən pul ana südünün faydalarını insanlara çatdırmaqla məşğul olan dərnəyə bağışlanacaq.